Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edilib


Dünya 21 Yan 2019 20:59:00 251 0

Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edilib

Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin ("Aleksandr Petrov") və Anatoli Çepiqanın ("Ruslan Boşirov") da adları var.