Çində təhsil almaq istəyənlər üçün


Digərləri 21 Yan 2019 20:24:00 254 0

Çində təhsil almaq istəyənlər üçün

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.

Son.az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı Prezidentin 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.