Deputat: "Şəhidlər xiyabanı kimi müqəddəs bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd milli mübarizə tariximizə hörmətsizlikdir"


Digərləri 21 Yan 2019 19:57:00 203 0

Deputat: "Şəhidlər xiyabanı kimi müqəddəs bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd milli mübarizə tariximizə hörmətsizlikdir"

Şəhidlər xiyabanı kimi Azərbaycanın müasir tarixində xüsusi önəm daşıyan, müqəddəs bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli mənəvi dəyərlərimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.

Son.az bildirir ki, bunu Trend-ə millət vəkili Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev korrupsiya ilə mübarizəni gücləndirdikcə, struktur islahatlarının miqyasını genişləndirdikcə özlərini müxalif hesab edənlər daha da aqressivləşir və müqavimət göstərməyə çalışırlar: "Yanvarın 19-da keçirilmiş etiraz aksiyası, bir gün sonra, Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında qarışıqlıq yaratmaq cəhdi aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü hesab oluna bilər. O zaman insanları küçələrə çıxaran, təxribata sürükləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadır. Bu dəfə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa çağırırlar. Lakin unudulmamalıdır ki, bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir".

Deputat bildirib ki, bu gün Azərbaycanın müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qrupları, koalisiyaları qıcıqlandırır: