Rusiyanın ən yaşlı sakini öldü


Dünya 21 Yan 2019 19:49:00 234 0

Rusiyanın ən yaşlı sakini öldü

Rusiyanın ən yaşlı sakini vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan rayon sakini Nanu Şaova Tsukovna 128 yaşında dünyasını dəyişib.

Bu uzunömürlü qadın hələ 2017-ci ildə ən yaşlı sakin kimi Rusiyanın rekordlar kitabına düşüb.