Qızların ömrünü kəsənlər:


Digərləri 21 Yan 2019 19:14:00 406 0

Qızların ömrünü kəsənlər:

Müasir dövrdə aktual problemlərdən biri də abortlardır. Cəmiyyətimizin hələ də köhnə düşüncli insanların "mütləq oğlan olmalıdır" basqısı qadınların abort etdirməsinə gətirib çıxarır. Valideynlər sırf istədikləri cins olmadığından gələcək uşaqdan imtina etməyə hazır olurlar. Bu halda uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması - selektiv abort halları artır. 

Son.az xəbər verir ki, report mövzu ilə bağlı araşdırma aparıb.

Mama-ginekoloq Rəşad Soltan bildirib ki, bəzi hallarda selektiv abortla ümumi abort qarışdırılır: "Həkim üçün xəstənin dini, irqi baxımından heç bir fərqi yoxdur. Biz insanın həyati təhlükəsi ilə birbaşa üz-üzə qalırıq. Ona görə də bizə görə insanın cinsiyyətinin fərqi yoxdur. İnsanlar başa düşməlidir ki, dünya əhalisinin cinsiyyət nisbətini dəyişmək olmaz. Qız övladı belə sizin övladınızdır. Selektiv abort yolverilməzidir".

Mama-ginekoloq Turab Canbaxışov həkim olaraq ailələrdə övlad seçimində cins fərqinin şahidi olduqlarını söyləyib: "Çünki çoxuşaqlı ailədə valideynlərin övlad seçimi ilə təbii haqları ola bilər. Biz bəzi şeylərə qanuni icazə verməsək, onda bu, qeyri-qanuni olacaq. Bəllidir ki, 12-ci həftədə körpənin cinsiyyəti məlum olur. Bu müddətdən sonra edilən abortların 80-85 faizi qız uşağı olur. Burada yenə ailələrin istəyi ortaya çıxır. Doğulan uşaqların sayı 5 il əvvəllə müqayisədə indi oğlanlara nisbətdə dəyişib".

Deputat Musa Quliyev isə deyib ki, bu sahədə qanunvericilikdə boşluq var: "Qanunda nəsə qadağan olunmursa, deməli, ona icazə var. Odur ki, yeni hazırlanan qanun layihəsi xüsusi tibbi göstəriş olmadığı halda, uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılmasını qadağan edəcək. Həmçinin 12-ci həftədən sonra abort olunarsa belə, ailənin istəyinə və sosial göstəricilərə görə deyil, yalnız tibbi göstərişlə olmalıdır. Abort barədə bir həkim yox, konsilium nəticəsində qərar verilməlidir. Qanun qəbul edildikdən sonra bunu pozanlarla bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulacaq. İstənilən halda maarifləndirməyə ehtiyac var".


Xəbərə aid fotolar