Məşhurların qəribə xüsusiyyətləri


Digərləri 21 Yan 2019 19:04:00 285 0

Məşhurların qəribə xüsusiyyətləri

Hər zaman sənətləri ilə gündəmə gələn məşhurlar bəzən də fərqli və qəribə xüsusiyyətləri ilə diqqət çəkir.

Son.az axşam.az-a istinadən tanınmışları və onların qəribəliklərini təqdim edir:

Bülent Ersoyun tək rəqəmlərə qarşı qorxusu var. Belə ki, sənətçi otellərdə hər zaman cüt rəqəmli otaqlarda qalır. Bununla yanaşı Ersoy tək qalmaqdan da qorxur.

Batil inancı olan məşhurlardan biri də Haydi Klumdur. Model süd dişlərini hər zaman yanında gəzdirir. Klum dişlərin ona uğur gətirdiyinə inanır. 

Aktrisa Çarliz Teron isə heç vaxt dağınıq otaqda yatmır. 

Məşhur repçi Eminem hər zaman qaranlıq otaqda yatır. Belə ki, o, qaldığı otellərdəki bütün pəncərələri bağlatdırır. 

Rejissor Alfred Hiçkokun ən böyük qorxusu isə yumurtalardır. O, bununla bağlı müsahibələrindən birində bu sözləri deyib:

"Yumurtalardan qorxuram. O yuvarlaq, ağ yumurtaların içindən sarı maye çıxır. Daha əvvəl dağılan və sarı mayeyə çevrilən yumurtadan daha dəhşətli nəsə görmüsünüz?"


Xəbərə aid fotolar