ASA-nın yeni sədri: İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək


Digərləri 21 Yan 2019 18:51:00 215 0

ASA-nın yeni sədri: İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə sədr təyin edilib.

Bakı. “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə sədr təyin edilib. Sığorta Şirkətindən Trend-ə verilən məlumata görə, yeni təyinatla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib. A.Əliyev bildirib: “Bildiyiniz kimi cari ildə assosiasiya nizamnaməsində dəyişiklik edilib və bu ildən etibarən fərqli sığorta şirkətlərinin rəhbərləri sədr olaraq seçiləcək. Əminəm ki, tətbiq edilən yenilik sığorta şirkətlərinin, eləcə də ölkənin sığorta bazarının inkişafında müsbət rol oynayacaq. Mənə bu məsuliyyətli vəzifəni etibar etdikləri üçün Müşahidə Şurasına təşəkkürümü bildirirəm. İnanıram ki, hər bir sığorta şirkəti rəhbərinin, o cümlədən də mənim təcrübəm qurumun işinə öz töhfəsini verəcək”.