Şabranda narkotik alverçiləri saxlanılıb (FOTO)


Digərləri 21 Yan 2019 18:34:52 218 0

Şabranda narkotik alverçiləri saxlanılıb (FOTO)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Bakı. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, rayon sakini Əfqan Məmmədov narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O ifadəsində narkotik vasitəni rayon sakini Elmar adlı şəxsdən aldığını bildirib. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılaraq onun yaşadığı evə baxış keçirilib və oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.