Səməd Seyidov yenidən AŞPAnın vitseprezidenti seçilib


Siyasət 21 Yan 2019 18:24:00 248 0

Səməd Seyidov yenidən AŞPAnın vitseprezidenti seçilib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Strasburqda bu gün işə başlamış və yanvarın 25-dək davam edəcək AŞ PA qış sessiyası zamanı elan olunub.

Azərbaycan tərəfindən nümayəndə qismində Ülviyyə Ağayeva, Sahibə Qafarova, Sabir Hacıyev, Rəfael Hüseynov, Qənirə Paşayeva və Səməd Seyidovun, əvəzləyici qismində Sevinc Fətəliyeva, Çingiz Qənizadə, Naqif Həmzəyev, Elşad Həsənov, Asim Mollazadə və Fazil Mustafanın səlahiyyətləri təsdiq olunub.

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.

Qeyd edək ki, sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası keçiriləcək. AŞ PA-nın plenar iclasında Gürcüstan və Ermənistanda keçirilmiş parlament seçkilərinin müşahidəsi üzrə müzakirələr aparılacaq.