İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı


Kriminal 21 Yan 2019 18:29:00 602 0

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə - heroin və üzərində "M40" yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.