Ötən ilin 11 ayı ərzində 13655 boşanma halları qeydə alınıb


Digərləri 21 Yan 2019 18:11:00 220 0

Ötən ilin 11 ayı ərzində 13655 boşanma halları qeydə alınıb

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127681 doğulan körpə qeydə alınıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.

Ötən ilin 11 ayı ərzində ölkədə 52 733 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.