Prezidenti İlham Əliyev Hacı İsmayılovu “Şöhrət” ordeni ilə təltif etdi


Siyasət 21 Yan 2019 18:06:00 221 0

Prezidenti İlham Əliyev Hacı İsmayılovu “Şöhrət” ordeni ilə təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacı İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin".