Boatenq Barcelona-nın hədəfində


İdman 21 Yan 2019 17:21:00 618 0

Boatenq Barcelona-nın hədəfində

Sassualo-nun yarımmüdafiəçisi Kevin-Prins Boatenq karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Barcelona futbolçunun xidmətindən yararlanmaq niyyətindədir. Kataloniya klubu transferin hücum xəttini gücləndirəcəyinə əmindir. Barcelona yarımmüdafiəçini 2 milyon avroya qısamüddətli icarəyə götürməyi düşünür. Mövsümün sonunda isə 8 milyon aro müqabilində tam transfer nəzərdə tutulur.

Qaniyalı karyerası ərzində Milan, Shalke-04, Tottenham, Borussiya, Portsmouth və Eintracht klubunda forma geyinib. Cari mövsüm A seriyasında 13 oyunda meydana çıxan Boatenq 4 qol vurub.