Turizmə cəlb olunan tələbələr işlə təmin olunur


Digərləri 21 Yan 2019 17:19:00 237 0

Turizmə cəlb olunan tələbələr işlə təmin olunur

"Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı"na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari tədris ilindən başlayaraq "Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı" layihəsi çərçivəsində Quba Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb.

Təcrübə proqramı Təhsil Nazirliyi, "British Council" təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır.