“48 saatdan sonra...” - idman direktoru


İdman 21 Yan 2019 16:52:00 635 0

“48 saatdan sonra...” - idman direktoru

Genoa-nı hücumçusu Kriştof Pyontekin Milan-a keçidi reallaşmaq üzrədir.

Goal.az xəbər verir ki, klubun idman direktoru Corco Perinetti keçidin yaxın saatlarda həyata keçiriləcəyini deyib. “Bu gün bizi Milan-la çətin oyun gözləyir. Pyonteklə bağlı söhbətimiz olub. Matçdan sonra danışıqlar davam etdiriləcək. Düşünürəm ki, Kşiştof Genoa-da son oyununa çıxacaq. 48 saatdan sonra hər şey bilinəcək. Yaxşı futbolçudur. Əla texnikası var. Transfer azarkeşlərimizin ürəyincə olmayacaq. Nə etmək olar? Futbol belədir. Hər zaman eyni klubda olmaq mümkün deyil”,- idman direktoru deyib.