Maştağada ev oğrusu tutuldu


Digərləri 21 Yan 2019 16:30:00 271 0

Maştağada ev oğrusu tutuldu

Evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılıb.