Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb


Digərləri 21 Yan 2019 16:21:00 251 0

Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Son.az report-a istinadən xəbər verir ki, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:

"Hörmətli cənab Prezident,

Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.