Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi? VİDEO


Digərləri 21 Yan 2019 16:07:00 208 0

Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi?  VİDEO

Bir müddət əvvəl Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş bədəlli əsgərlik, yəni müəyyən məbləğdə pul qarşılığında hərbi xidmətdən azad olunmaq haqqında qanun qəbul edilmişdi.

Son.az Baku TV-yə istinadən xəbər verir ki, Türkiyə bu qanunu həddən çox hərbçinin büdcəyə təsirini və bəzi vətəndaşların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi səbəbindən qəbul etmişdi.

Türkiyəyə qardaş ölkə olan Azərbaycanda isə indiki şəraitdə bədəlli əsgərlik keçmək heç də real  görünmür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı açıqlama verib.