"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır


Digərləri 21 Yan 2019 15:54:00 217 0

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası"nı hazırlayırlar.

İnstitutdan Son.az-a verilən məlumata görə, atlas "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır.

Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva bildirib ki, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" Azərbaycan, rus və ingilis dillərində çap olunacaq.