Sürücülərin nəzərinə! BNA müraciət etdi


Digərləri 21 Yan 2019 15:58:00 225 0

Sürücülərin nəzərinə! BNA müraciət etdi

Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Agentlikdən Son.az-a verilən məlumata görə, məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.