Milyarder superyaxta inşa etdirir VİDEO FOTO


Digərləri 21 Yan 2019 15:45:00 196 0

Milyarder superyaxta inşa etdirir  VİDEO  FOTO

ABŞ-ın Milli Futbol Liqasındakı "Vaşinqton Red Skins" (Washington Red Skins) futbol klubunun sahibi, milyarder Deniel Snayderin yeni yaxtası hazırdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı milyarder 100 milyon dollar ödəyərək 93 metr uzunluğunda superyaxta "Lady 5" adlı superyaxta inşa etdirib.

Milyarderin 789 metr uzunluğunda, 70 milyon dollar dəyərində bir yaxtası da var.

Yaxta Hollandiyadakı "Feadship" şirkətinin tərsanəsində inşa olunub. Tərsanənin direktoru Yan-Bart Verkuylun dediyinə görə, sifarişçinin əsas istəyi yaxtada 12 nəfərlik, ikimərtəbəli İMAX kinoteatrının olması idi.

Sifariş qeyri-standart olduğundan, yaxta həmin kinoteatrın ətrafında tikilib.


Xəbərə aid fotolar