60 ölkənin dövlət başçısı


Dünya 21 Yan 2019 15:35:00 231 0

60 ölkənin dövlət başçısı

Davos Ümumdünya İqtisadi Forumu İsveçrənin eyniadlı şəhərində işinə başlayıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, sammitdə 110 ölkədən 3 mindən çox nümayəndə iştirak edəcək.

60-dan artıq ölkənin başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Yaponiyanın baş naziri Sintze Abe, Almaniya kansleri Angela Merkel, Braziliya prezidenti Jair Bolsonaru, İtaliya baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstan prezidenti Əşrəf Qani, İraq lideri Bəhram Saleh, Çin sədrinin müavini Van Tsişan forumun işinə qatılacaq.