"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır


Digərləri 21 Yan 2019 15:24:00 226 0

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır.

Bakı. İlhamə İsabalayeva - AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayırlar. İnstitutdan Trend-ə verilən məlumata görə, atlas "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır.