Turizm üzrə proqrama cəlb olunan peşə məktəblərinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub


Digərləri 21 Yan 2019 14:54:00 198 0

Turizm üzrə proqrama cəlb olunan peşə məktəblərinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub

“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub.

Bakı. İlhamə İsabalayeva - “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari tədris ilindən başlayaraq “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Quba Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb. Təcrübə proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.