"Paşinyan hoqqabazdır"


Dünya 21 Yan 2019 14:45:00 216 0

"Paşinyan hoqqabazdır"

Ermənistanın Respublika Partiyası baş nazir Nikol Paşinyanı "hoqqabaz" adlandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, partiyanın mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb:

"Ötən gün Nikol Paşinyan tələsərək "xəbər" verdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə investisiyalar 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 50 faiz artıb. O dedi ki, biz müxalifətçilər investisiyaların azalmasından danışaraq onu tənqid etmişik. İndi birbaşa zərbə ilə topu Paşinyana və hakimiyyətinə ötürürəm. Nə vaxta qədər hoqqabazlıqla, kələklə məşğul olacaqsınız? Bəli, sizin hakimiyyətiniz vaxtı sərmayələr azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübdə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yəni 20 milyon dollar azalıb".