Yunanıstan çalxalanır:


Digərləri 21 Yan 2019 14:50:00 216 0

Yunanıstan çalxalanır:

Makedoniyanın adının dəyişdirilməsinə etiraz edən yunanlar Afinada küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Makedoniyanın adının dəyişdirilməsinə rəsmi Afinanın razılaşması və parlamentin də qonşu dövlətlə anlaşmanı ratifikasiya etməsi yunanları hiddətləndirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Afinada ölkə parlamentinin önündəki meydana toplaşmış 600 min insan aksiya keçiriblər.

Onları mitinqə 3 min avtobus daşımışdı.

"Makedoniya satılmır!, "Makedoniya Yunanıstandır!" qışqıran etrazçılarla polis arasında toqquşmalar olub.

Yunanıstanda əhalinin 70 faizi Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum tələb edirlər.

Referendum yanvarın 25-də keçiriləcək.

Yunanıstanda Makedoniya adlı vilayət olduğundan, rəsmi Afina sabiq Yuqoslaviya respublikasının Avropa İttifaqına və NATO-ya daxil olmasını əngəlləyir.