Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkuma


Digərləri 21 Yan 2019 14:23:00 235 0

Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkuma

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.