Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür


Kriminal 21 Yan 2019 14:27:00 695 0

Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür

.

Son.az axşam.az-a istinadən bildirir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəkidə anadan olub.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.

Axundova həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" tamaşalarının, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.