2 yaşlı qız əllərini qaldırdı,


Digərləri 21 Yan 2019 14:14:00 350 0

2 yaşlı qız əllərini qaldırdı,

"Maşından çıxın, əllərinizi qaldırın!" Polis əməkdaşlarının bu əmrindən sonra pikapın içindəki iki şəxs maşını tərk ediblər. Onlar əllərini qaldıraraq polisə təslim olublar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Florida ştatındakı Tallahassi şəhərində yaşanıb. Çed Bom və Ceyms Makmillan dükanı silahlı qarətdə suçlanırdılar. Onların tüfəng və tapança ilə silahlandıqları deyilmişdi.

Polis qarətdə şübhəli bilinən şəxsləri təqib edərək yaxalayıb.

Bomla Makmillan maşından düşəndən sonra 2 yaşlı qızcığaz da maşını tərk edib, valideynlərini yamsılayaraq əllərini qaldırıb və polis tərəf gedib.


Xəbərə aid fotolar