Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dolları ötüb


Digərləri 21 Yan 2019 14:18:00 230 0

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dolları ötüb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 1 mlrd. 088 mln. 790,5 min dollar təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsində payı 8,7% təşkil edib. Ötən il Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşı olub.

2018-ci ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 84,7% artaraq 502 mln. 726,7 min dollar təşkil edib. Azərbaycan Gürcüstanın ümumi ixracında 15% paya sahib olmaqla yanaşı, ölkənin birinci ən böyük ixrac tərəfdaşı olub.