Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib


Digərləri 21 Yan 2019 14:02:00 275 0

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

Bakı. İlhamə İsabalayeva - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. İnstitutdan Trend-ə verilən məlumata görə, bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.