Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır


Dünya 21 Yan 2019 13:33:00 227 0

Əfqanıstan hökuməti "Taliban" ilə danışıqlar aparmağa hazırdır

Rəsmi Kabil Pakistanın vasitəçiliyi sayəsində "Taliban" hərəkatı ilə danışıqlar aparmağa hazırdır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidenti Əşrəf Qəni bildirib.

"Taliblərin iki əsas variantı var: birincisi, müxtəlif danışıqlarda Pakistan və ya başqa bir regional ölkə ilə təmsil olunmaq; ikincisi, müstəqil şəkildə çıxış etmək", - Ə.Qəni deyib.