Nazir müavini: "Azərbaycanda qadın sahibkarların sayı artır"


Digərləri 21 Yan 2019 13:21:15 267 0

Nazir müavini: "Azərbaycanda qadın sahibkarların sayı artır"

Bu gün qadınlar Azərbaycanda sahibkarlığın inkişafında xüsusi yer tutur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusunda keçirilən tədbir zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, bu gün dünyada sahibkarlıqla məşğul olan qadınların sayı artır:

"Bu gün dünyada qadınların sahibkarlıqda payı 25 faiz təşkil edir. Azərbaycanda da rəhbər vəzifələrdə qadınların sayı artır, onlar sahibkarlıq sahəsində daha çox fəaliyyət göstərməyə başlayırlar".