AzerTelecom “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığa başlayıb


Digərləri 21 Yan 2019 13:10:00 243 0

AzerTelecom “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığa başlayıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb. Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan AzerTelecom və "Azərbaycan Dəmir Yolları" QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb. Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə AzerTelecom tərəfdən həmçinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır. Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.