İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb


Digərləri 21 Yan 2019 12:53:03 194 0

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə - heroin və üzərində "M40" yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.