Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb SƏBƏB


Digərləri 21 Yan 2019 11:59:13 620 0

Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb  SƏBƏB

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Wörwag Pharma GmbH and Ko.KG" şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Son.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.

Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.