Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"


Şou-biznes 21 Yan 2019 11:44:00 692 0

Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"

Aynişan Xalid sosial media hesabındakı paylaşımı ilə izləyicilərini kədərləndirib

Əməkdar artist Aybəniz Haşımovanın qızı .

Son.az axşam.az-a istinadən bildirir ki, uşaqlığından danışan müğənni onu "bəxtəvər" adlandıran izləyicilərinə cavba verib. O, uşaqlıqda çox ağır günlər yaşadığını bildirib:

"20 il öncə 2-ci sinifdə oxuyurdum. Sinif rəhbərim dedi ki, əmək dərsi üçün leqo gətirin. Anama heç nə demədim. Tam 3 həftə leqosuz dərsə getdim, müəllim isə hər dərs "niyə gətirməmisən" deyirdi. O dönəmlər anamın səhhətində çox ciddi problemlər var idi.

Qapımızı döyüb, halımızı soruşan az insan var idi. Anam o qədər fədakar idi ki, bilirdim ona desəm, imkanı çatmasa da, həll edəcək. Axırda müəllim mənə dedi ki, gələn dərs də gətirməsən, sənə "iki" yazacam.

Bilirdim ki, "iki" alsam, anam çox üzüləcək, ona görə həmin gün cəsarətimi toplayıb dedim. Baxdı üzümə dedi ki, Ayka, mənə niyə demirdin?

İndiyədək kino kimi gözümün önündən getmir, gecə saat 2-də gəldi, məni oyatdı, apardı qonaq otağına, gördüm divanın üstündə leqo - özü də gedib ən yaxşısın almışdı.