4 futbolçu qəzada öldü


Dünya 21 Yan 2019 11:39:00 643 0

4 futbolçu qəzada öldü

Boliviyada içərisində Argentinanın "Sikles Klub Lavalye" həvəskar futbol komandasının oyunçularının da yer aldığı avtobus qəzaya uğrayıb.

Son.az report-a istinadən xəbər verir ki, avtobus 130 metr hündürlükdən yarğana düşüb. Hadisəyə səbəb nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması olub.

Qəza nəticəsində 4-ü futbolçu olmaqla, 13 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Yaralananlar arasında 6 futbolçu var.