Bakıda içərisində 22 ton maye qaz olan avtosistern aşıb


Digərləri 21 Yan 2019 11:12:00 660 0

Bakıda içərisində 22 ton maye qaz olan avtosistern aşıb

Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.

Bakı. Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb. FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.