Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib


Digərləri 21 Yan 2019 10:40:00 1174 0

Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.

Bakı. Taleh Mursaqulov - Mustafa Abbasbəyli Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər. Bildirilib ki, nazirin yeni müşaviri yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb. M.Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. 2001-2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistratura pilləsində ali təhsil alıb. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna aspirant olaraq daxil olub, 2009-cu ildə “12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə "Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2004-cü ildən "Standard Insurance" sığorta şirkətində baş hüquqşünas kimi fəaliyyətə başlayıb, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik edib. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olub, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. 2011-2014-cü illərdə "Standard Insurance Georgia" sığorta şirkətinin Müşahidə Şurasının üzvü olub. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.