"Şahdağ" və "Tufandağ" MDB-də turistlərin ən çox bəyəndiyi qış kurortlarıdır


Digərləri 21 Yan 2019 10:39:05 640 0

"Şahdağ" və "Tufandağ" MDB-də turistlərin ən çox bəyəndiyi qış kurortlarıdır

Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.

Bakı. Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir. Trend-in "TurStat" analitik agentliyinə istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 32 faizi Belarusun Minsk vilayətindəki "Loqoysk" və "Siliçi" qış kurortlarına üstünlük verib. Qazaxıstanın Almatı şəhərinin yaxınlığındakı "Çimbulaq" istirahət mərkəzi səslərin 23 faizini qazanıb.