Bakıda maye qaz daşıyan yük maşını aşdı VİDEO


Digərləri 21 Yan 2019 10:16:00 637 0

Bakıda maye qaz daşıyan yük maşını aşdı  VİDEO

Ötən gecə paytaxtın Mikayıl Əliyev küçəsində yük maşını aşıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə 22 tonluq yük maşınını aşırıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb. 

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub.

Videonu izləmək üçün şəkilə klikləyin.