Pele tənqid etdi, Neymar susmadı


İdman 21 Yan 2019 09:47:00 661 0

Pele tənqid etdi, Neymar susmadı

Futbol əfsanəsi Pele PSG-nin hücumçusu Neymarı tənqid edib.

Goal.az xəbər verir ki, Braziliya millisinin sabiq forvardı həmyerlisinin tez-tez simulyasiya etdiyini bildirib.

“Neymar güclü futbolçudur. Təəssüf ki, davranışları onun bacarığına kölgə salır. Dəfələrlə söhbət etmişəm. Simulyasiyanın onu gözdən saldığını demişəm. Dünya çempionatında belə halla daha çox rastlaşdıq”-, Pele bildirib.

“Futbol kralı”nın tənqidinə münasibət bildirən Neymar mundialda simulyasiya etmədiyini vurğulayıb: “Qalib deyilsənsə tənqidə məruz qalırsan. Dünya çempionatında heç bir artıq hərəkətə yol vermədim. Amma mənə qarşı kobudluq çox oldu. İnsanlar simulyasiya barədə danışır. Çünki tənqid hədəfi Neymardır. Nə istəsən deyə bilərsən. Pelenin tənqidinə hörmətlə yanaşıram. Lakin onunla razı deyiləm”.

Fransa çempionatında keçirdiyi 13 oyunda Neymar 13 qol vurub, 7 məhsuldar ötürmə edib.