“Arşın mal alan” Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək


Digərləri 21 Yan 2019 09:54:00 456 0

“Arşın mal alan” Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək

Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettasının növbəti nümayişi respublikanın sevimli kino və teatr aktyoru Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək.

Bakı. Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettasının növbəti nümayişi respublikanın sevimli kino və teatr aktyoru Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşadan öncə sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, sənət fəaliyyəti haqqında ətraflı məlumat veriləcək.