Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır


Digərləri 21 Yan 2019 09:47:16 559 0

Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır

Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır.

Bakı. Samir Əli - Bu gün Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır. Trend-in məlumatına görə, ötən il dekabrın 21-də C.Hacıyev və digərlərinə əlavə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirli bilinərək müvafiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işinin materiallarından banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə ayrılmış cinayət işi üzrə C.Hacıyev və digərlərinə əlavə ittihamlar irəli sürülməklə bir sıra epizodların istintaqı tamamlanmışdır. Belə ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilmişdir.