Şənlik iştirakçıları atəşə tutulub, 7 nəfər ölüb


Dünya 21 Yan 2019 08:40:00 398 0

Şənlik iştirakçıları atəşə tutulub, 7 nəfər ölüb

Meksikanın kurort şəhəri Kankunda bazar gününə keçən gecə şənlik keçirən insanlar atəşə tutulublar. Nəticədə 7 nəfər həyatını itirib.

Son.az report-a istinadən bildirir ki, quldurlar şəhərin yoxsul yaşayan hissəsindəki evlərdən birinə yaxınlaşaraq ora toplaşanlara atəş açmağa başlayıblar.

Polis iki şəxsin meyitini bayırda, daha 4-nün cəsədini isə evin içərisində aşkar edib.