Ərdoğan və Tramp telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışıb


Digərləri 21 Yan 2019 07:27:00 522 0

Ərdoğan və Tramp telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon söhbəti edib.

Bakı. Tural Turan - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon söhbəti edib. Trend-in məlumatına görə, iki ölkə lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar. Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.