Dörd otaqlı ev yanıb


Digərləri 21 Yan 2019 07:14:00 595 0

Dörd otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 35 m² sahədə və içərisindəki ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.