510 dəqiqəyə uşaqların qəlbini ələ alan Nuranə: "Uşaqların çoxu mənə "bacı", "xala" deyir" FOTO


Digərləri 21 Yan 2019 06:30:00 515 0

510 dəqiqəyə uşaqların qəlbini ələ alan Nuranə: "Uşaqların çoxu mənə "bacı", "xala" deyir"  FOTO

Nuranə Mahmudlu: "Çox nadir pasientim mənə "həkim" deyə müraciət edir" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Uşaqlarla işləməyi sevir. Deyir ki, hələ lap əvvəldən ixtisas seçərkən özünün iki variantı olub: uşaq stomatoloqu və pediatr. Arzusu yerinə yetib, bu gün uşaq stomatoloqu kimi çalışır. İşini sevməklə yanaşı, uşaqlarla yaxşı dil də tapa bilir. Ən çətin uşaqları belə kresloya oturtmağı bacarır. Müsahibimiz pasientlərinin həkim yox, "xala", "bacı" deyə müraciət etdikləri uşaq stomatoloqu Nuranə Mahmudludur. 

- Uşaq stomatologiyası tibbin həm çətin, həm də maraqlı sahələrindəndir. Əvvəlcə çətinliyindən, yoxsa maraqlı tərəflərindən danışaq?

- Birinci çətin tərəfini deyim, sonra maraqlı yönlərindən danışaram (Gülür). Çətin tərəfi odur ki, uşaqlarla işləmək üçün çox səbirli olmalısan. Həm də bu iş diqqət və psixoloqluq tələb edir. Bunlardan öncə isə, uşaqları sevmək lazımdır. Maraqlı tərəfi isə odur ki, uşaqlarla işləmək əyləncəlidir. Hər dəfə müxtəlif xarakterli, fərqli kaprizli pasientlər olur. O kaprizlər bəzən məni güldürür və hətta işimi asanlaşdırdığı da olub. Uşaqlar içəri girəndə məni qucaqlayıb öpürlər.

- Uşaqların sizi qucaqlayıb-öpdüyünüz deyirsiniz, amma bizdə çox uşaqda həkim - xüsusilə, stomatoloq qorxusu var. Sizin yanınıza gələndə uşaqlarda bu qorxu olmur?

- Belə hallar az olur. Elə uşaqlar var ki, mən onların 8-9-cu həkimiyəm. Valideynləri deyirlər ki, 8 həkimə getmişik, uşaq qaçıb, indi sizdə rahat oturdu. Bu qorxunun olmaması üçün bir az fərqli işləmə üslubu tətbiq edirik. Uşaqlar içəri girəndə həkim kimi münasibət göstərmirəm. Görüşürük və işə zarafatla başlayıram. Əvvəl otağın digər tərəfində onlarla söhbət edirəm, alətlərlə tanış olurlar. Uşaqların çoxu mənə "bacı", "xala" deyir. Çox nadir pasientim mənə "həkim" deyə müraciət edir. Bizim geyimimiz də həkim forması deyil. Otaqda oyuncaqlar var, hər uşağa onlardan hədiyyə edirəm. Ona görə 90 faiz uşaq bizim otaqda qorxmur, rahat olur. Hətta bəzən valideynlər deyirlər ki, uşağım rahat oturmayacaq, sedasiya ilə edək. Bu, uşağı yatırıb işi görmək üsuludur. Hətta bu məqsədlə gətirilən uşaqları belə, valideyn deməklə birbaşa sedasiya etmirəm. Deyirəm ki, uşağı özüm də yoxlayım, bəlkə oturacaq. Sedasiya məqsədilə gətirilən uşaqları yatırtmadan müalicə etdiyim də çox olub. Uşaqlarla bu cür ünsiyyətin qurulmasının bir hissəsi məndən asılıdır, yarı hissəsi də köməkçimdən. Çünki mənimlə yanaşı, o da gələn uşaqlarla zarafat edir, pozitiv ünsiyyət qurmağa çalışır.   - Uşaqların qəlbini ələ alıb kresloya oturtmaq nə qədər vaxtınızı alır?

- Maksimum 10 dəqiqə vaxt aparır. Otağa girəndə danışa-danışa onları kresloya tərəfə aparıram. Bir az keçir, deyirəm ki, ayaq üstdə çox qaldın, kresloda otur, elə danışaq. Kresloya bitişik monitor var, orda həmişə cizgi filmi gedir, deyirəm ki, cizgi filminə bax, mən də sənə filan şeyi göstərim. Əlinə güzgü verib deyirəm ki, gəl dişlərinə baxaq və s. Belə-belə 5-10 dəqiqəyə kresloya istiqamətləndirirəm.  - Nuranə xanım, stomatologiyaya əvvəldən marağınız olub?

- Elə lap əvvəldən belə istəyim var idi. Ya uşaq stomatoloqu olmalıydım, ya da pediatr. Stomatologiyanı seçəndə isə artıq uşaq stomatoloqu olacağımı planlamışdım. Uşaqları sevirəm, onlarla vaxt keçirmək mənim özüm üçün maraqlıdır.

- Uşaqlarla yanaşı, həm də valideynlərlə ünsiyyətdə olursunuz.  Hansı valideynlərlə işləmək çətindir?

- Hansı valideyn evdə uşaqlarını "səni həkimə aparacam" deməklə qorxudursa, onlarla işim bir az çətin olur. Ümumiyyətlə, uşaqların stomatoloq qorxusunun olmaması üçün valideynlərə məsləhət görərdim ki, özləri stomatoloqa gedəndə övladlarını da yanlarında aparsınlar. Və özləri həkim iş görərkən sakit dursunlar, kapriz  göstərməsinlər. Uşaqlar onların ağrı hiss etdiyini görməsinlər ki, qorxmasınlar. Yaxud valideynlərə məsləhət görürəm ki, gəlmədən öncə instaqram səhifəmdə uşaqlarla olan şəkillərimi övladlarına göstərsinlər. "Bax, o uşaq gedib, heç nə olmayıb, sən də get" tipli söhbətlər etsinlər. Valideynlər öncədən belə söhbətlər edəndə, uşaqlarla ünsiyyət qurmaq bizim üçün asan olur. Düzdür, həkimlə qorxudulub gətirilən uşaqları da yola gətirib işləyirik. Ümumiyyətlə, nadir hallarda uşaqları yola gətirə bilməmişəm. O da çox azyaşlı olub, mənim dediyimi anlamayıb. Dilimi anlayan, 4 yaşdan yuxarı uşaqları yola gətirmək adətən, problem olmur.    - Maraqlıdır, işə ilk başladığınız vaxtlarda da hər şey indiki qədər asan idi?

- Mən işə başlamışdan öncə Almaniyada oldum. Orda sırf uşaqlarla davranmaq, onlarla işləmək üçün tətbiq olunan yanaşmalarla bağlı təlimlərdə, praktiki kurslarda iştirak etdim. Almaniyadan qayıdandan sonra Türkiyədə sedasiya vaxtı uşaqlara yanaşma ilə bağlı praktiki təlimlərə qatıldım. Yəni, o bacarıqlar işlədikcə formalaşmayıb, əvvəl praktiki kurslarda olmuşam, sonra özüm sərbəst pasient qəbul etmişəm. İlk pasientimdə belə çətinlik çəkməmişəm, uşaqlarla ünsiyyəti rahat qura bilirdim.

Pompeo İran liderlərini ABŞ-ın həbs olunmuş vətəndaşlarını azad etməyə çağırıb like
  • 21 Yan 05:38  
Digərləri Pompeo İran liderlərini ABŞ-ın həbs olunmuş vətəndaşlarını azad etməyə çağırıb

ABŞ dövlət katibi M.Pompeo İran liderlərini ABŞ-ın həbs olunmuş vətən

arrow Ətraflı
Ölkəmizin ən məşhur meşə zolağı sayılan Qəçrəşin füsunkar qış mənzərələri  FOTOREPORTAJ like
  • 21 Yan 05:30  
Digərləri Ölkəmizin ən məşhur meşə zolağı sayılan Qəçrəşin füsunkar qış mənzərələri FOTOREPORTAJ

Son illər istirahət üçün Qəçrəş meşəsini seçənlərin arasında əcn

arrow Ətraflı
Vaşinqtonda yanğın aparıcı telekanallarının studiyalarına ziyan vurub like
  • 21 Yan 05:18  
Digərləri Vaşinqtonda yanğın aparıcı telekanallarının studiyalarına ziyan vurub

Vaşinqtonda baş verən yanğın aparıcı telekanallarının studiyalarına zi

arrow Ətraflı
"Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız..."  FOTO like
  • 21 Yan 04:30  
Digərləri "Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız..." FOTO

Orxan Fərəcli: "Gecə yuxusu qaydasında olanda əsəb problemlərinin b

arrow Ətraflı
La Liqa: 20-ci turun görüşləri keçirilib (VİDEO) like
  • 21 Yan 03:59  
Digərləri La Liqa: 20-ci turun görüşləri keçirilib (VİDEO)

20-ci tur çərçivəsində “Barselona” doğma meydanda “Leqanes”i qəbu

arrow Ətraflı
Mingəçevirdə iki azyaşlı bağlı qapı arxasında qalıb like
  • 21 Yan 02:58  
Digərləri Mingəçevirdə iki azyaşlı bağlı qapı arxasında qalıb

Mingəçevir şəhərində iki azyaşlı bağlı qapı arxasında qalıb

arrow Ətraflı
Isveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub like
  • 21 Yan 01:58  
Digərləri Isveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub

İsveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub

arrow Ətraflı
2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər  VİDEO like
  • 21 Yan 00:45  
Digərləri 2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər VİDEO

Hindistanın Uttar Pradeş əyalətində 2 bacı ataları xəstələndikdən son

arrow Ətraflı
Sabunçuda dörd otaqlı ev yanıb like
  • 21 Yan 00:38  
Digərləri Sabunçuda dörd otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.

arrow Ətraflı
Günün qoroskopu: Maliyyə fonu uğursuzdur like
  • 21 Yan 00:01  
Digərləri Günün qoroskopu: Maliyyə fonu uğursuzdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Möhtəşəm Arktikanın fotoları  FOTO like
  • 20 Yan 23:58  
Digərləri Möhtəşəm Arktikanın fotoları FOTO

Şikar seçdiyi suitini ovlamaq üçün buza kəllə vuran ayı, qayalardan axan

arrow Ətraflı
Misirdə növbəti nadir tapıntı like
  • 20 Yan 23:57  
Digərləri Misirdə növbəti nadir tapıntı

Misirdə qədim çarlıq dövrünə aid (e.ə XXIII-XXI əsrlər) məzarlıqlar

arrow Ətraflı