"Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız..." FOTO


Digərləri 21 Yan 2019 04:30:00 514 0

"Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız..."  FOTO

Orxan Fərəcli: "Gecə yuxusu qaydasında olanda əsəb problemlərinin böyük hissəsi həll olunmuş sayılır" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Deyir ki, müasir psixologiya düşüncənin üstündə çox dayanır. Çünki bəzən elə çox şey bundan asılı olur. Biz depressiya, psixoloji problemləri adətən, pis hadisələrin yaratdığını düşünürük. Lakin bəzən yaxşı hadisələr də insanda depressiya yarada bilir. "İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər" - deyən müsahibimiz psixiatr Orxan Fərəclidir.

- Sosial şəbəkələrdə "Qadınlar qarğışla, kişilər söyüşlə danışmağa başlayıblarsa, böyük ehtimalla "nevroz" yaxınlaşır" yazmışdınız. Maraqlıdır, burda yaxınlaşmaq deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu, əslində, elmi fakt yox, həkim müşahidəsi, subyektiv baxışıdır. Əsəbilik ayrıca xəstəlik deyil, müxtəlif xəstəliklərin əlamətidir. Mən dediyim onlardan biridir, sadəcə, içinə bir az da yumor qatılıb.

- Bizdə əsəbiləşən kimi qarğışla danışan qadınların, söyüşlə fikrini ifadə etməyə çalışan kişilərin sayı heç də az deyil. Nevroz çox adamda yaxınlaşmaq üzrədir?

- Bəzən adam kefsizdirsə, depressiyaya düşdüyünü, əsəbidirsə nevroz olduğunu deyirlər, amma bu, belə deyil. Mövzuya o kontekstdən baxsaq, qarğış və söyüşlə danışan adamlarda əsəbilik ola bilər, amma yüz faiz nevroz da adlandıra bilmərik. Bir simptoma görə diaqnoz qoymaq peşəkarlıqdan uzaqdır. O baxımdan "yaxınlaşır" sözü yerinə oturub, yəni, yaxınlaşır, hələ özü deyil.

- Müsahibə üçün danışanda dediniz ki, pasientlərdən vaxt edib ofisə gəlmək çətin olacaq. Pasientin sayı çoxdursa, deməli, ya sizin sahəyə müraciət edənlərin sayı artıb, ya da həkim olaraq sizə tələb var.

- 2-3 il öncə Dövlət Statistika Komitəsinə ölkədəki psixiatrların sayı ilə bağlı sorğu göndərmişdim. O vaxt 330 nəfər psixiatr var idi, indi lap 400 olsun. Çağımızda əsəb, sinir problemlərinin nə qədər artdığını nəzərə alsaq, yenə də bu qədər mütəxəssis on milyonluq ölkə üçün azdır. Bunu birbaşa şəxsimlə əlaqələndirməzdim, həm həkim sayı azdır, həm də xəstəliklər artıb.

- Psixitar yanına nə vaxt gedilməlidir? Nə vaxt məsələ psixoloqluqdan çıxır?

- Siz müsahibədən öncə mənim o "yurdumun insanı" müraciət formamı xatırlatdınız. Bax, o, yurdumun insanı hələ psixiatr və psixoloqa qədər uzun bir yol keçir. Əsəb problemləri ilə bağlı birinci falçı və mollalara müraciət edirlər, düzəlmirsə, ekstrasenslərə üz tuturlar. Əgər orda da bir şey alınmırsa, terapevtlər, ardınca nevropatoloqlar yada düşür. Bunları keçirlər və nəticə alınmadığını görəndə psixiatr, psixoloqlara gedirlər. Yəni, doğru ünvana qədər 5-6 yerə gedirlər.

Mövzunu depressiya üzərində izah edək. Depressiyada olan adamın hansı hallarda psixoloqa, nə vaxt psixiatra müraciət etməsi ilk olaraq şəxsin özündən asılı məsələdir. Amma depressiyanın müalicəsi ilə bağlı kliniki protokolun tövsiyəsinə əsasən, əgər problem yüngül dərəcəlidirsə, sadəcə psixo terapiyalarla aradan qaldırıla bilərsə, seansı psixoloq da edə bilər, psixiatr da. Burda mütəxəssis fərqi yoxdur. Depressiyanın dərəcəsi orta və ya ağırdırsa, intihar düşüncələri varsa, burda hər ikisinin müdaxiləsi lazımdır. Həm dərman, həm psixoloji seans. Əslində, burda da problemin kökündə nəyin durmasına baxılır. Problemin kökü ailə məsələləri ilə bağlıdırsa, o zaman psixoloji seans olması daha yaxşıdır, nəinki dərman. Problemə görə, dəyişən məsələdir. Filan vaxt psixoloqa, filan vaxt psixiatra gedilməsi ilə bağlı konkret nöqtə yoxdur.

- Ürəyi ağrıyan adam bunu özü deyir, amma, məncə, psixoloji problem elədir ki, insanlar bunu bir az qəbul etmək istəmirlər...

- Bu, daha çox şizofreniya kimi ağır xəstəliklərdə olur. Onlar çox vaxt özlərində xəstəlik əlaməti görmürlər. Günümüzdə daha çox yayılmış depressiya, təşviş-həyəcan pozuntularında insanlar problemin fərqində olurlar. Ürək məsələsini vurğuladınız. Deyim ki, ürək ağrılarının müəyyən bir hissəsi psixoloji səbəblərdəndir. Xəstənin ürəyi çırpınır, boğulur, havası çatmır, ağrı qoluna, kürəyinə vurur. İnsanların ağıla ilk gələn infarkt olur. Amma müayinə zamanı ürəkdə problem çıxmır. Mədə-bağırsağı pozulan, yaxud dərisində səpkilər yaranan adam bütün müayinələrdən keçir, yenə heç bir problem aşkarlanmır. Burda işin psixoloji tərəfi ortaya çıxır. Yəni, xəstəliyi yaradan birbaşa səbəb tapılmırsa, deməli, psixoloji nüans var. İnsanlar təəccüblənirlər ki, əsəbə görə ürəkdə bu cür ağrı ola bilər? Əsəb dediyin vurub-yıxmaq deyil, psixoloji gərginlikdən bədəndə müəyyən ağrılar yarana bilir. Hətta bir müddət sonra doğmaları da onlara inanmırlar, deyirlər ki, yoxlatdıq, heç nə çıxmadı.

- Bu zaman deyirlər ki, səndə problem psixolojidir. Amma o mənada ki, sən orda xəstəlik olduğunu öz beyninə yeritmisən, əslində, heç nə yoxdur. Gərginlikdən dolayı ağrını isə qəbul etmirlər...

- Bəli, insanlar bunu qəbul etmək istəmirlər. Elə bilirlər ki, psixolojidirsə, deməli, bilə-bilə özün beyninə salmısan. Amma bu, insanın özündən asılı deyil. Boğulursa, havası çatmırsa, həqiqətən bunu yaşayır.

- Xoş və pis anların insana psixoloji təsirindən danışaq. Çünki nədənsə pis anların insanda təsiri daha çox qalır...

- Pis anlardan çox danışılır, mən yaxşı anların təsirindən qısa bir şey demək istəyirəm. Depressiyada tətbiq edilən interpersonal adlı terapiya növü var. Orda depressiyanın yaranma səbəblərindən biri də rol keçidi qiymətləndirilir. Yəni, insan bir mərhələdən digərinə keçəndə depressiya yaşaya bilər. Biz depressiya deyəndə ağlımıza daha çox pis şeylər gəlir, amma əslində, bəzən insan yaxşı hadisələrdən də depressiyaya düşə bilir. Məsələn, tibb tələbəsi illərlə həkim kimi çalışmağı arzu edir. Amma vaxt yetişir, universiteti bitirib həkim kimi işə başlayanda depressiya yaşayır. Tələbəlikdən həkimliyə keçid yaxşıdır, amma tələbəliyin nostalgiyasını yaşayır, o dövrün xoş anlarını xatırlayır. Yaxud, gənc qadın ana olmağı çox istəyir, lakin ana olanda depressiya yaşayır. Hər ikisi müsbət haldır, amma insana depressiya verə bilir. İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır.

- Pozitiv düşünmə insanın təməlində olmalıdır?

- Yox, düşdüyü situasiyadan, o anın şərtlərindən, həmin an verdiyi qiymətdən asılıdır. Biz müasir psixoterapiyada düşüncənin üstündə çox dayanırıq. İnsan həmin an nə düşünür? Məsələn, bir pasientim deyirdi ki, qapını döyürəm, anam bir dəqiqə gec açan kimi ona nə isə olduğunu fikirləşirəm. Bunu düşünən kimi həyəcanlanır, ürəyi çırpınır, bədənini istilik basır, tərləyir və s. Amma anasının qonşuda, ya hamamda olduğunu düşünsə, bədənində o əlamətlər olmayacaq. Nə düşündüyündən çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər.

- İnsanların psixoloqu durumu ilə bağlı sosial şəbəkədə hər hansı dəyərləndirmə aparmaq mümkündür?

- Müəyyən təəssürat yarana bilər, amma oturuşmuş fikir demək olmaz. Çünki bizim sahədə hər şeyə xəstəlik, problem demək də inanılmaz çətindir. Tutaq ki, bir nəfər əlini 10-15 dəfə yumasa, rahat olmur. Siz deyə bilərsiniz ki, bu qədər əl yumaq olar? Bu, o adamı narahat etmirsə, problem deyil. Düzdür, bu təmizlik məsələsinin problem halına gəldiyi məqamlar da var. Amma məsələyə daha geniş baxsaq, adamın özünü narahat etmirsə, baş verənə problem kimi baxmaq çətin məsələdir. Siz o adama necə diaqnoz qoya bilərsiniz ki, sizdə obsessiv-kompulsiv pozuntudur.

- "Əsəb bizdə ailədədir" deyənləri çox görürük. Amma belə fikir də var ki, valideyn əsəbi olursa, bu, uşağa gərginlik ötürür.

- Burda da konkret nə isə demək çətindir. Şizofreniya kimi xəstəliklərin genetik yolu araşdırılıb. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, 10-13 faiz övladlarından birində olma ehtimalı var. Amma bildiyim qədərilə əsəbiliyin genetikası öyrənilməyib. Bəli, "hamımız əsəbiyik, hamımıza həkim lazımdır" deyən ailələr var. Amma yenə də burada genetikanın, yoxsa yetişmə tərzinin daha çox rolu olduğunu araşdırmaq lazımdır. Məsələn, əsəbi ailənin 3 uşağı var, o uşaqlardan birini daha sakit ailəyə versinlər. Görək sakit ailədə böyüyən yenə əsəbi olacaq? Bunları araşdırmaq lazımdır. Çünki bu məsələnin tərsi də var. Çox səs-küylü əsəbi ailələrdə sakit uşaqları da görmüşük.


Xəbərə aid fotolar

La Liqa: 20-ci turun görüşləri keçirilib (VİDEO) like
  • 21 Yan 03:59  
Digərləri La Liqa: 20-ci turun görüşləri keçirilib (VİDEO)

20-ci tur çərçivəsində “Barselona” doğma meydanda “Leqanes”i qəbu

arrow Ətraflı
Mingəçevirdə iki azyaşlı bağlı qapı arxasında qalıb like
  • 21 Yan 02:58  
Digərləri Mingəçevirdə iki azyaşlı bağlı qapı arxasında qalıb

Mingəçevir şəhərində iki azyaşlı bağlı qapı arxasında qalıb

arrow Ətraflı
Isveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub like
  • 21 Yan 01:58  
Digərləri Isveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub

İsveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub

arrow Ətraflı
2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər  VİDEO like
  • 21 Yan 00:45  
Digərləri 2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər VİDEO

Hindistanın Uttar Pradeş əyalətində 2 bacı ataları xəstələndikdən son

arrow Ətraflı
Sabunçuda dörd otaqlı ev yanıb like
  • 21 Yan 00:38  
Digərləri Sabunçuda dörd otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.

arrow Ətraflı
Günün qoroskopu: Maliyyə fonu uğursuzdur like
  • 21 Yan 00:01  
Digərləri Günün qoroskopu: Maliyyə fonu uğursuzdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Möhtəşəm Arktikanın fotoları  FOTO like
  • 20 Yan 23:58  
Digərləri Möhtəşəm Arktikanın fotoları FOTO

Şikar seçdiyi suitini ovlamaq üçün buza kəllə vuran ayı, qayalardan axan

arrow Ətraflı
Misirdə növbəti nadir tapıntı like
  • 20 Yan 23:57  
Digərləri Misirdə növbəti nadir tapıntı

Misirdə qədim çarlıq dövrünə aid (e.ə XXIII-XXI əsrlər) məzarlıqlar

arrow Ətraflı
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? like
  • 20 Yan 23:56  
Siyasət Ermənilərlə azərbaycanlılar barışa bilərmi?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən s

arrow Ətraflı
Soğan möcüzəsi... like
  • 20 Yan 23:55  
Digərləri Soğan möcüzəsi...

Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq

arrow Ətraflı
Çöpçü uşağın ölümünə səbəb ola bilər – like
  • 20 Yan 23:53  
Digərləri Çöpçü uşağın ölümünə səbəb ola bilər –

Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərm

arrow Ətraflı
Pankreatit  mədəaltı vəzinin iltihabı like
  • 20 Yan 23:50  
Digərləri Pankreatit mədəaltı vəzinin iltihabı

Pankreatit mədəaltı vəzinin iltihabı deməkdir. Mədəaltı vəzi qarının

arrow Ətraflı